Ermənipərəst politoloqdan şok: Bakı liderdir, Kreml müdaxilə edə bilməz 

 

Rusiyalı ermənipərəst politoloq, “Regnum”un rəhbəri Modest Kolerov açıqlamasında KTMT və Moskvanın Ermənistana dəstək verməməsinin səbəblərini açıqlayıb.

Demokratikmusavat.com xəbər verir ki, rusiyalı ekspert “hraparak”a açıqlamasında KTMT-nin niyə Ermənistanı dəstəkləməməsi ilə bağlı məsələyə aydınlıq gətirərək deyib: “KTMT üzvlərinin əksəriyyəti Bakının tərəfindədir və orada qərarlar konsensusla qəbul edilir”.

- Bəs KTMT-də əsas diktə edən tərəf Kreml deyilmi?
- Xeyr, Kreml KTMT-də konsensusun necə olmasını diktə edə bilməz.

- Belə çıxır ki, Rusiya yaratdığı strukturda gündəmi diktə edə bilmir?
- Dinləmədikləri üçün diktə edə bilmir. Bax, belə işlər.

- KTMT-nin fəaliyyət göstərməyən struktur olduğunu demək istəyirsiniz?
- Təşkilat ilin əvvəlində Qazaxıstanda uğur qazansa da, ölü qurumdur.

- Ortada siyasi şantaj elementləri var?
- Bundan söhbət gedə bilməz. Ermənistanın sərhədləri müəyyən olunmalıdır. Azərbaycanla rəsmi sərhədi yoxdur, bununla bağlı danışıqlara belə başlamayıblar. 

- Rusiya tərəfi atəşkəslə bağlı razılığın əldə olunduğunu açıqladı, lakin Azərbaycan tərəfi Ermənistanın suveren ərazisində hərbi əməliyyatları davam etdirir. Azərbaycan Kremllə əldə olunan razılaşmaya niyə hörmət etmir?
- Bakı İrəvanı hərbi əməliyyatlara başlamaqda ittiham edir, lakin Rusiyanı da nadir hallarda dinləyir.

- Bəs siz azərbaycanpərəst mövqedə olan KTMT-nin bir gün anti-Rusiya strukturuna çevriləcəyindən qorxmursunuz? Anladığım kimi, Bakı KTMT-də liderdir, Kreml isə qərarlara təsir edə bilməz.
- Kremlin Bakıya qarşı qısqanclığını oyatmağın mənası yoxdur. Ermənilərin əvəzinə Ermənistanı müdafiə etməyəcək.

- Bizi qoruyun demirik, soruşuruq ki, ikitərəfli qarşılıqlı yardım müqaviləsi niyə işləmir?
- Ona görə deyirəm: qanuni sərhədiniz haradadır, göstərin!? Yoxdur.

Mürtəza 
Demokratikmusavat.com

0.12959313392639