Mərkəzi Bank BOKT-nin lisenziyasını ləğv etdi

 

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarından birinin lisenziyasını ləğv edib.

Demokratikmusavat.com ”ın məlumatına görə, “OMNİ Finance” MMC-nin lisenziyası ləğv edilib.

AMB tərəfindən şirkətə bank olmayan kredit təşkilatı fəaliyyəti ilə bağlı 163-QB nömrəli lisenziya 06.08.2004-ci il tarixində verilmişdi. 

“OMNİ Finance” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 1107, rəhbəri Nərimanov Kamran Vaqif oğludur.

Könül
Demokratikmusavat.com

0.13104605674744