Yeni tədris ilinin başlanmasına 2 gün qalıb. Şagirdlər 3 aylıq tətildən sonra məktəbə hazırlaşır, valideynlər isə məktəb üçün alış-veriş edirlər. Bəs şagird ləvazimatları satılan mağazalarda qiymətlər necədir?
Demokratikmusavat.com xəbər verir ki, Trend-in əməkdaşı paytaxtda yerləşən məktəbli ləvazimatları mağazasında olub, qiymətlərlə maraqlanıb.
Satıcıların sözlərinə görə, bu il əsasən kağız məmulatlarında qiymət 15-20 qəpik artıb. Bunun da əsas səbəbi odur ki, Rusiya-Ukrayna müharibəsi nəticəsində həmin ölkələrdən gələn kağız materiallarının qiyməti artıb. Digər ləvazimatların daşınma xərci də cüzi artıb.
Məktəb alış-verişi deyilən kimi ağıla ilk çanta gəlir. Çantaların qiyməti keyfiyyətindən, harada istehsal olunmasından asılı olaraq 15-55 manat arasında dəyişir.
Beləliklə əsas məktəb ləvazimatlarının qiymətləri aşağıdakı kimidir:
Çanta: 15-55 manat
Dəftər: 40 qəpik - 2 manat
Sadə karandaşlar: 10 qəpik -1,80 manat
Rəsm albomları: 1-4 manat
Dəftər-kitab üzlükləri: 20 qəpik
Sadə qələmlər: 10-30 qəpik, daha keyfiyyətliləri 1 manata qədər
Rəngli karandaşlar: 1 - 8 manat
Pozan: 20-50 qəpik
Qələmyonan: 15 qəpik - 1 manat 20 qəpik
Xətkeş: 20 qəpik -2,40 manat
Plastilin: 1- 4,40 manat
Quaş: 1-4 manat
Fırça: 30-50 qəpik
Pərgar dəsti: 1 - 3,6 manat