Azərbaycan istəyinə nail oldu - Erməni deputat

 

Ermənistan parlamentinin deputatı Tiqran Abramyan Kəlbəcər və Laçın istiqamətində baş verən təxribatlarla bağlı mövqeyini açıqlayıb.

Demokratikmusavat.com ” xəbər verir ki, o, baş verənləri belə dəyərləndirib:

“Təəssüf ki, Azərbaycan yeni əlverişli mövqelər tutmaqla, Ermənistanın kommunikasiyalarına nəzarəti təmin etmək və bu istiqamətdə mövqelərini möhkəmləndirməklə, hərbi infrastrukturlara hücum etməklə öz minimal problemini artıq həll edib”.

O əlavə edib ki, Ermənistan rəhbərliyinin mesajlarından da Azərbaycanın tələbləri daha əhatəli, daha iddialı və bu istiqamətdə həm diplomatik, həm də hərbi fəal iş apardığı görünür.

Mürtəza
Demokratikmusavat.com

0.41264009475708