İstanbulun mərkəzində atışma: Çox sayda insan yaralanıb - VİDEO

 

Türkiyənin İstanbul şəhərində iki mağaza sahibi arasında atışma görüntüləri yayılıb. 

Demokratikmusavat.com xəbər verir ki, hadisə Eminönü yeraltı ticarət mərkəzində baş verib.

Tacettin G. adlı mağaza sahibi Mehmet T. adlı digər mağazanın sahibi ilə dükan almaq üstündə mübahisə edib. Daha sonra onların ətraflarındakı qruplar əllərində silahlar və dəyənəklərlə davaya başlayıblar. Hadisə nəticəsində yeddi nəfər yaralanıb.

Faktla bağlı üç şübhəli tutulub.

 

0.17961883544922