İçərişəhər-Həzi Aslanov istiqamətində hərəkət edən qatarda Gənclik stansiyasında nasazlıq olub.
Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Demokratikmusavat.com ”a açıqlamasında deyib.
O bildirib ki, qatar elektrik deposuna göndərilib və əvəzinə qatar verilib: "Bu isə intervalı çıxmaq şərtilə ümumilikdə 7,5 dəqiqəlik yubanmaya səbəb olub".
"Hazırda qatarlar arasındakı intervallarla bağlı problem aradan qaldırılıb. Həzi Aslanov-İçərişəhər istiqamətində qatarlar intervala uyğun hərəkət edir, cüzi problemlər Memar Əcəmi-Dərnəgül stansiyalarında qalıb", - deyə B. Məmmədov əlavə edib.