Rusiyada Yekaterinburq sakini həyat yoldaşının 12 yaşlı oğlunu döyərək işgəncəyə məruz qoyduğu üçün 3 il müddətinə azadlıqdan məhrum edilib.
Demokratikmusavat.com Milli.Az-a istinadən bildirir ki, bu barədə Sverdlovsk vilayətinin prokurorluğu Telegram kanalında məlumat verib.
2020-ci ilin iyul-avqust aylarında kişi hər fürsətdə bəyənmədiyi üçün ögey oğlunu mikrodalğalı sobanın məftili ilə döyüb. Bir gün yeniyetmə qolunda müvəqqəti döymə ilə evə gəlib. Sonra kişi cilalama kağızı ("najdak") götürüb və döyməni dəri ilə qoparmağa başlayıb.
Kişi, Rusiya Cinayət Məcəlləsinin 117-ci maddəsinin 2-ci hissəsi ("Yetkinlik yaşına çatmayan şəxsə qarşı, açıq-aşkar köməksiz vəziyyətdə olan və təqsirkardan maddi cəhətdən asılı olan təqsirkar şəxsə işgəncə vermə") ilə təqsirli bilinib və ümumi rejimli cəzaçəkmə koloniyasında üç il müddətinə azadlıqdan məhrum edilib.