Lənkəranda 23 nəfər tutuldu - Foto

 

Lənkəranda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı 23 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Demokratikmusavat.com -a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumatlar əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində son 1 həftə ərzində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 23 nəfər saxlanılıb. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış ümumilikdə külli miqdarda narkotik maddə aşkar edilərək götürülüb. 

Faktlarla bağlı Lənkəran ŞRPŞ-də zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

0.19202399253845