Prezident: 20 milyona yaxın müraciət daxil olub

 

Bu il üç “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq - Mingəçevir, İmişli və Şəki şəhərində. Beləliklə, “ASAN xidmət” mərkəzlərinin sayı 15-ə çatacaq.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Dövlətimizin başçısı bu il beş şəhərdə “ASAN xidmət” mərkəzinin tikintisinə başlanılması ilə bağlı göstəriş verdiyini də qeyd edib. “Onlar yəqin ki, 2019-cu ildə istifadəyə veriləcək. Beləliklə, bir ildən sonra bizim 20 “ASAN xidmət” mərkəzimiz olacaq”, - deyə Prezident əlavə edib.

Azərbaycan Prezidenti bu günə qədər “ASAN xidmət” mərkəzlərinə 20 milyona yaxın müraciət daxil olduğunu, “ASAN xidmət”in ictimai xidmət sahəsində çox ciddi dönüş yaratdığını vurğulayıb.

 

0.17969489097595