Kadırov müraciət yaydı: bütün bu şəhərlər geri qaytarılacaq

 

Çeçenistan rəhbəri Ramzan Kadırov Xarkov istiqamətində bütün tərk edilmiş şəhərlərin geri qaytarılacağını bildirib. Demokratikmusavat.com xəbər verir ki, o, bu barədə özünün Telegram kanalında audiomüraciət yayımlayıb.

Kadırovun deyib ki, Rusiya Müdafiə Nazirliyi vəziyyətə aydınlıq gətirib, buna görə də hərbçilər  Xarkov istiqamətində bu şəhərləri - İzyum, Kupyansk və Balakleyanı tərk ediblər.

O qeyd edib ki, bu hərbi strategiyanın zəruri tədbiqi insan həyatını xilas etməkdir.

“Mən, Ramzan Kadırov, rəsmi olaraq bəyan edirəm ki, bütün bu şəhərlər geri qaytarılacaq. Bu iş üçün xüsusi hazırlanmış döyüşçülərimiz artıq oradadır, daha 10 min döyüşçülərimizin yanına getməyə hazırdır. Biz yaxın vaxtlarda Odessaya çatacağıq və siz konkret nəticələr görəcəksiniz”, - Çeçenistan rəhbəri bildirib.

Onun fikrincə, bu bir neçə şəhəri tərk etməyin də öz üstünlükləri var.

O, həmçinin xüsusi əməliyyat zonasındakı vəziyyətlə bağlı həqiqəti söyləməyin zəruriliyini qeyd edib və bildirib ki, xüsusən də bu, rusiyalı müharibə müxbirlərinə aiddir. Eyni zamanda zabitlərə vətənpərvər olmağı tövsiyə edib.

Elvin

Demokratikmusavat.com

 

0.42046689987183