Konsert zamanı faciə: Gənc qız rəqs zamanı öldü - VİDEO

 

Hindistanda konsert proqramı zamanı faciə yaşanıb. Belə ki, 20 yaşlı rəqqasə tamaşaçılar qarşısında çıxışı zamanı ürəktutmadan dünyasını dəyişib.

Demokratikmusavat.com xəbər verir ki, bununla bağlı kadrlar sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, Yoqeş Qupta yerə yıxılanda tamaşaçılar bunu rəqsin elementi sayıblar, çünki o, hərəkətinə davam edib (ehtimal ki, kömək istəmək üçün ayağa qalxmağa çalışıb).

Ancaq aparıcı musiqini dayandırmağı xahiş edəndə hamı məsələnin ciddiyyətini anlayıb.

Gənc qadın dərhal xəstəxanaya aparılıb, ancaq həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

0.17829203605652