Zelenski Ukrayna ordusunun azad etdiyi ərazilərin sahəsini açıqladı

 

Ukrayna ordusunun əks-hücumları davam edir. Sentyabrın əvvəlindən hərbçilər artıq 2000 kilometrə yaxın ərazini Rusiya işğalçılarından azad edib.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski xalqa videomüraciətində bildirib.

“Əsgərlərimizin cəbhənin müxtəlif istiqamətlərində hərəkəti davam edir. Hazırda aktiv əməliyyatlar çərçivəsində sentyabrın əvvəlindən 2 min kilometrə yaxın ərazimiz artıq azad edilib. Rusiya işğalçıları indi bacardıqlarının ən yaxşısını nümayiş etdirirlər”- deyə, o bildirib.

0.13763403892517