Rəşad Sadıqov: "Hakimlərin mənə sarı vərəqə verməkdən xoşu gəlir"

 

"Gərgin oyun oldu. Vacib 3 xal qazandıq. Matçın asan keçməyəcəyini bilirdik. Qələbə üçün əlimizdn gələni etdik".

Demokratikmusavat.com xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "ASCO Arena"da "Səbail"ə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VI tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, hakimlərin ona sarı vərəqə verməkdən xoşu gəlir: "Adi bir hərəkətə görə cəzalandırırlar. Artıq buna alışmışam".

0.16414999961853