Əfqanıstanda ABŞ təyyarəsi qəzaya uğrayıb

 

Əfqanıstanın paytaxtı Kabil şəhərində təlim üçün uçan Amerika istehsalı olan “Black Hawk” helikopteri Milli Müdafiə Universitetinin kampusunda texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə “Reuters” xəbər verib.

Qeyd olunub ki, qəza nəticəsində üç nəfər ölüb, daha beş nəfər xəsarət alıb.

Qeyd edək ki, “Taliban” radikal qruplaşması Əfqanıstanda hakimiyyəti nəzarətə götürdükdən sonra Amerika istehsalı olan bir neçə təyyarəni ələ keçirib.

ABŞ qoşunları isə bildirib ki, Əfqanıstanı tərk edən zaman özləri ilə apara bilmədikləri silah və ağır texnikaları istifadəyə yarasız vəziyyətə salıblar.

0.40848612785339