Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında

 

Azərbaycanın yunan-Roma güləşçisi Ülvi Qənizadə Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.

Demokratikmusavat.com "Report"a istinadla xəbər verir ki, 72 kq-da mübarizə aparan idmançı türkiyəli Selçuk Canla qarşılaşıb. Rəqibinə 4:3 hesabı ilə qalib gələn idmançı adını finala yazdırıb.

Daha əvvəl 55 kq-da Eldəniz Əzizli dünya çempionatında həlledici qarşılaşmaya vəsiqə qazanıb.

Final görüşləri sentyabrın 11-də keçiriləcək.

0.14379000663757