Paralel.az " xəbər verir ki, bu barədə Buk ..."> Paralel.az " xəbər verir ki, bu barədə Buk ...">

II Elizabetin dəfn mərasiminin keçiriləcəyi tarix açıqlandı

 

Kraliça II Elizabetin dəfn mərasimi sentyabrın 19-da keçiriləcək.

Demokratikmusavat.com  xəbər verir ki, bu barədə Bukingem Sarayının yaydığı bəyanatda deyilir.

Dəfn Vestminster Abbeydə baş tutacaq.

II Elizabetin cənazəsi dəfn edilməzdən əvvəl tabut Britaniya parlamentinin binasının foyesində dörd gün ərzində nümayiş etdiriləcək.

Xatırladaq ki, II Elizabet sentyabrın 8-də 96 yaşında vəfat edib.

II Elizabet 1952-ci il fevralın 9-da taxta oturub. O, 14 müstəqil dövlətin - Avstraliya, Antiqua və Barbuda, Baham adaları, Beliz, Qrenada, Kanada, Yeni Zelandiya, Papua Yeni Qvineya, Sent-Vinsent və Qrenadin, Sent-Kits və Nevis, Sent-Lüsiya, Solomon adaları, Tuvalu, Yamaykanın monarxı olub.

0.1317310333252