Azərbaycan millisi Avropa oyunlarına vəsiqə qazanıb

 

Avropa çempionatının seçmə mərhələsinin (EBSL-2022) ikinci raundunda mübarizə aparan çimərlik futbolu üzrə Azərbaycan milli komandası turnirdə növbəti oyununu keçirib.

Demokratikmusavat.com xəbər verir ki, İtaliyanın Kalyarı şəhərində təşkil olunan matçda Polşa yığması ilə qarşılaşan kollektiv 6:2 hesablı qələbə qazanıb. Qolları Ramil Əliyev (2), Orxan Məmmədov, Hüseyn Axundov, Sabir Allahquliyev və Amid Nəzərov vurublar.

Qeyd edək ki, milli sentyabrın11-də 5-ci yer uğrunda oyunda yenidən Ukrayna yığması ilə qarşılaşacaq. Bu oyunun nəticədən asılı olmayaraq, yığma gələn il Polşanın Krakov şəhərində təşkil ediləcək çimərlik futbolu üzrə üçüncü Avropa oyunlarına vəsiqə qazanıb.

0.14438104629517