DİN-in avtomobilləri ucuz qiymətlə satışa çıxarılır - SİYAHI

 

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti oktyabrın 18-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti dəfə hərrac keçirəcək.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

Hərraca Daxili İşlər Nazirliyi və bir sıra qurumların nəqliyyat vasitələri çıxarılacaq.

Qeyd edək ki, 1-30-cu sətirdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının balansında olan nəqliyyat vasitələri 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır. 31-39-cu sətirdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının balansında olan nəqliyyat vasitələri 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır. 40-cı sətirdə Xətai Rayon Mühafizə İdarəsinin balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır. 41-42-ci sətirdə Baş Mühafizə İdarəsinin Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayının balansında olan nəqliyyat vasitələri 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır. 43-cü sətirdə Qaradağ Rayon Mühafizə İdarəsinin balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır. 44-45-ci sətirdə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Lənkəran Regional Mühafizə Şöbəsinin balansında olan nəqliyyat vasitələri 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır. 46-cı sətirdə Yevlax Rayon Mühafizə Şöbəsinin balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır. 47-ci sətirdə Cəlilabad Regional Mühafizə Şöbəsinin balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.

0.13589596748352