Paralel.az ..."> Paralel.az ...">

"Gürcü Arzusu"nda təlatüm: Baş nazir gedir?

 

Gürcüstanda Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) hazırkı rəisi Baş nazir postuna hazırlaşır.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə şimal-qərb qonşumuzun "Mtavari" telekanalı məlumat yayıb.

Mövcud məlumata əsasən, hakim "Gürcü Arzusu" partiyasında ən yaxın vaxtda kadr dəyişikliyi baş verəcək.

Yayılan məlumata görə, DTX rəisi Qriqol Liluaşvili Baş nazir İrakli Qaribaşvilini əvəz edəcək.

DTX rəisi vəzifəsinə isə Daxili işlər naziri Vaxtanq Qomelauri təyin olunacaq.

Məlumatda qeyd olunub ki, yaxın vaxtlarda İrakli Qaribaşvili hökumət başçısı postundan istefa verəcək.

0.12268400192261