Ukraynaya ayrılacaq kreditin miqdarı açıqlandı

 

Avropa İttifaqına (Aİ) üzv ölkələrin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin Praqada keçirilən qeyri-rəsmi görüşünün iştirakçıları Ukraynaya kredit kimi 5 milyard avro ayırmaq barədə razılığa gəliblər.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə jurnalistlərə Slovakiyanın baş nazirinin müavini və maliyyə naziri İqor Matoviç bildirib.

“Biz Ukraynaya kredit kimi 5 milyard avro ayırmağa razılaşdıq. Bu məbləğ bir ay ərzində Ukraynanın maliyyə ehtiyaclarını ödəyəcək”, - İ.Matoviç deyib.

0.12017107009888