Pakistanlı jurnalistlər Ağdam barədə məlumatlandırıldı

 

Pakistanlı jurnalistlər işğaldan azad olunmuş Ağdam rayonunda səfərdə olublar.

Bu barədə “Demokratikmusavat.com ”a Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilər üzrə Xüsusi Nümayəndəliyindən bildirilib.

Qeyd edilir ki, onlara şəhərin dağıntıları, dini abidələr, məzarlıqlar, yenidənqurma və bərpa planları haqqında geniş məlumat verilib.

0.12356209754944