Rusiya prezidenti Putin İlham Əliyevlə gələn həftə görüşəcək

 

Rusiya prezidenti Vladimir Putin gələn həftə Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.

Bu barədə "Rossiya 1" kanalında "Moskva. Kreml. Putin" verilişində bildirilib.

Məlumatda bildirilir ki, həftə ərzində xarici liderlərin Rusiyaya mühüm səfərləri davam edəcək. O cümlədən, Azərbaycan Prezidentinin Rusiyaya rəsmi səfərindən də söhbət açılıb.

Bununla yanaşı Kremldə Pakistanın baş nazirini gözləndiyi də qeyd olunub.

 
0.13126301765442