“Bitcoin” kəskin bahalaşdı

 

Bugünkü ticarət zamanı bitkoinin dəyəri 10 faizdən çox artıb.

"Ökə.az" xəbər verir ki, bunu “Coindesk” ticarət platformasının məlumatları göstərir.

Bakı vaxtı ilə saat 18:16-ya olan məlumata görə, ən populyar kriptovalyutanın dəyəri kəskin artımdan sonra 21 107 ABŞ dolları təşkil edib.

Eyni zamanda, gün ərzində pik dəyər 21 239 ABŞ dolları olub.

0.15434384346008