TƏBİB: Ceyhunun evinə psixobriqada göndərilir 

 

Demokratikmusavat.com xəbər verir ki,  "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilovanın Lent.az-a verdiyi məlumata görə, hazırda Ceyhun Əsgərovun evində təcili tibbi yardım briqadasının həkimləri var.

"Biz bu gün onun Mərdəkandakı evinə təcili tibbi yardım briqadası göndərmişik və hazırda həkimlərimiz ona yardım göstərməyə çalışırlar, lakin o, imtina edir. Biz təcili yardım briqadasının həkimilə danışdıq. İstəyirik ki, ora polislərin müşaiyəti ilə psixobriqada göndərək, yerində yardım olunsun və dispanserə yatıraq. Onun intensiv həkim nəzarəti altında müalicə almasına ehtiyac var. Dəfələrlə onu yerləşdirmişik, müalicə alıb, amma kursu davam etdirmədiyinə görə, xəstəliyindən sağala bilmir."

Ceyhun Əsgərovun alkoqolizm xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

0.163419008255