Bir saata öləcəyini bildirən teleaparıcı Ceyhun Əsgərov danışdı - YENİLƏNİB

 
Demokratikmusavat.com xəbər verir ki, lent.az-ın əməkdaşı bir saata öləcəyini bildirmiş teleaparıcı Ceyhun Əsgərovla əlaqə saxlayıb.
 
Aparıcı bildirib ki, hazırda evdədir və yardıma ehtiyacı yoxdur. O, paylaşımı həyat yoldaşına görə yazdığını söyləyib.
 
Onun yanına getmək, dəstək olmaq istəsək də, razılaşmayıb. Buna ehtiyac olmadığını söyləyib.
 
Qeyd edək ki, Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov qəribə paylaşımı ilə diqqət çəkib. O, öz Facebook hesabında paylaşım edərək bir saata həyatdan gedəcəyini yazıb. Bir çox izləyicilər bunu intihar anonsu kimi qiymətləndiriblər.
 
Səhhətində problemlər olan Ceyhun Əsgərov uzun müddətdir xəstədir və müalicə almaqdan imtina edirdi. Aparıcı hazırda xəstəxanaya yerləşdirilib.

***

Tanınmış jurnalist, Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov Facebook hesabında paylaşım edib .

Demokratikmusavat.com bildirir ki, o, öz paylaşımında bir saata həyatdan gedəcəyini bildirib.

Qeyd edək ki, onun səhhətində problemlər var və vəziyyətinin ağır olması ilə bağlı bir neçə dəfə sosial şəbəkə hesablarında paylaşım edib.

332769

0.57644200325012