Millimizin toplanış və yoldaşlıq oyunları üçün heyəti açıqlandı

 

Dünya çempionatının əsas mərhələsinin qrup oyunlarına hazırlıq məqsədi ilə sentyabrın 19-da və 20-də səfərdə Qazaxıstan yığması ilə yoldaşlıq oyunları keçirəcək Azərbaycan millisinin sentyabrın 12-dən 16-dək Bakıda təlim-məşq toplanışı olacaq.
 
Futzal Federasiyasından Demokratikmusavat.com -a verilən məlumata görə baş məşqçi Joze Alesio Da Silva hazırlıq prosesinə və yoldaşlıq oyunlarına 13 futzalçı dəvət edib. Cesar De Angelis Zhonatan, Amir Shojaei və Hadi Ahmadi komandaya Qazaxıstanda qoşulacaq. Oyunlar Aktau şəhərindəki "Halyk Arena”da keçiriləcək və yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 16:00) başlayacaq. Komanda səfərə sentyabrın 16-sı gecə saatlarında yola düşəcək.

 

Ad və Soyad

Klub

1

Rövşən Hüseynli

Araz-Naxçıvan

2

Ramiz Çovdarov

Araz-Naxçıvan

3

Emin Kürdov

Neftçi İK

4

Cohnatas Felipe "Felipinyo”

Araz-Naxçıvan

5

Xəzər Ağalızadə

Araz-Naxçıvan

6

Amir Shojaei

Bayterek (Qazaxıstan)

7

Hadi Ahmadi

Bayterek (Qazaxıstan)

8

Eduardo Borges

Halle-Gooik (Belçika)

9

Rafael Vilela

Kayrat  (Qazaxıstan)

10

Everton Cardoso

Bintang Timur (İndoneziya)

11

Oktay Rüstəmli

Araz-Naxçıvan

12

Cesar De Angelis Zhonatan

Ayat (Qazaxıstan)

13

Nurlan Mehdizadə

Neftçi İK

0.1214599609375