Dünya birjalarında neft qiymətləri artıb.
“Demokratikmusavat.com ” xəbər verir ki, ICE London qitələrarası birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 0,54 dollar və ya 0,61% artaraq 89,69 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində “WTI” neftinin 1 barelinin qiyməti 0,32 dollar və ya 0,38% artaraq 83,86 dollar təşkil edib.