Baş nazir enerji böhranı ilə mübarizə proqramını açıqladı

 

Böyük Britaniyanın baş naziri Liz Trass bu gün hökumətin enerji böhranı ilə mübarizə proqramını açıqlayıb.

Demokratikmusavat.com xəbər verir ki. o, elektrik enerjisi tariflərinin 2024-cü ilə qədər dondurulmasını təklif edib.

“Hökumət təcili olaraq insanlara elektrik enerjisi ödənişlərinə əminlik verəcək, inflyasiyanın qarşısını alacaq və (iqtisadiyyatın) böyüməsinə kömək edəcək elektrik enerjisi qiymət zəmanətlərini təqdim edir”, - deyə Trass Britaniya parlamentinin İcmalar Palatasında çıxışı zamanı bildirib.

Baş nazirin sözlərinə görə, zəmanətlər o deməkdir ki, Britaniyadakı ev təsərrüfatları oktyabrın 1-dən etibarən iki il ərzində ən çoxu 2,5 min funt sterlinq (4,8 min manat) ödəyəcəklər.

0.15499997138977