Paralel.az " xəbər verir ki, bu günə nəzərdə tutulan 1 ..."> Paralel.az " xəbər verir ki, bu günə nəzərdə tutulan 1 ...">

Avropa Liqası: “Fənərbağça” “Dinamo”ya qalib gəlib, “Roma” uduzub - VİDEO

 

UEFA Avropa Liqasında qrup mərhələsinə start verilib.

Demokratikmusavat.com xəbər verir ki, bu günə nəzərdə tutulan 16 oyundan 8-i artıq başa çatıb.

Türkiyə təmsilçilərindən “Fənərbağça” B qrupunda Ukraynanın “Dinamo” (Kiyev) klubunu qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 35-ci dəqiqədə İstanbul təmsilçisindən Qustava Enrike açıb. 64-cü dəqiqədə Viktor Tsıqankov tarazlığı bərpa edib. Əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə isə “sarı-lacivərdlilər”in yeni transferi Mişi Batşuayi son nöqtəni qoyub.

UEFA Avropa Liqası
Qrup mərhələsi, I tur

8 sentyabr

A qrupu

“Sürix” (İsveçrə) - “Arsenal” (İngiltərə) - 1:2

PSV (Niderland) - “Budö Qlimt” (Norveç) - 1:1

B qrupu

AEK (Larnaka, Kipr) - “Renn” (Fransa) - 1:2

“Fənərbağça” (Türkiyə) - “Dinamo” (Kiyev, Ukrayna) - 2:1

C qrupu

“Lüdoqorets” (Bolqarıstan) - “Roma” (İtaliya) - 2:1

HİK (Finlandiya) - “Betis” (İspaniya) - 0:2

D qrupu

“Malmö” (İsveç) - “Braqa” (Portuqaliya) - 0:2

“Yunion” (Berlin, Almaniya) - “Yunion” (Belçika) - 0:1

0.13263511657715