Paralel.az " xə ..."> Paralel.az " xə ...">

Zabit Səmədov karyerasını bitirdikdən sonra nə edəcəyini açıqladı

 

"Mən tanınmış idmançı ilə görüşmək istəyirdim. Antonio Silva da tanınmış idmançıdır".

Demokratikmusavat.com xəbər verir ki, bunu karyerasının son döyüşünü keçirəcək Zabit Səmədov deyib.

O bildirib ki, rəqibi Antonio Silva hazırda o qədər də güclü idmançı deyil: "Əvvəl vida döyüşüm üçün başqa idmançıları gətirmək istədik. Amma alınmadı. Bu dəfə Antonio Silvanı gətirə bildik. O, tanınmış olsa da, əvvəlki kimi güclü deyil. Mən də ona qalib gəlib karyeramı bitirmək istəyirəm".

Zabit Səmədov bildirib ki, karyerasını bitirdikdən sonra film sektorunda işini davam etdirəcəyini qeyd edib: "Vətən" filmi olacaq. Orada da bir rolda yer alacağam. Möhtəşəm layihə olacaq".

Qeyd edək ki, döyüş gecəsi sentyabrın 10-da Milli Gimnastika Arenasında keçiriləcək.

0.13587403297424