Gürcü şahmatçı “Netflix”i məhkəməyə verdi

 

Şahmatçı Nona Qaprindaşvili Los-Ancelesdə “Kraliçanın gedişi” serialı ilə bağlı “Netflix”ə qarşı iddia qaldırıb.

Demokratikmusavat.com xəbər verir ki, serialın epizodlarından birində deyilir ki, qadınlar arasında dünya çempionu olmuş şahmatçı rusiyalı kimi təqdim edilib və qeyd olunub ki, Nona Qaprindaşvili heç vaxt kişilərə qarşı şahmat oynamayıb.

İddia ərizəsində vurğulanıb ki, Qaprindaşvili ilə bağlı bu ifadə “milyonlarla auditoriya qarşısında onun nailiyyətlərini alçaldan yalan”dır. Belə ki, 1968-ci ildə o, 50-dən çox kişi şahmatçı ilə oynayıb.

Qaprindaşvili təzminat üçün 5 milyon dollar və onun heç vaxt kişilərlə oynamadığı iddiasının təkzib edilməsini tələb edib.

0.14507508277893