“Çelsi”nin yeni baş məşqçisinin adı açıqlandı

 

İngiltərənin “Çelsi” klubunun yeni baş məşqçisi “Brayton və Houv Albion”un baş məşqçisi Qrem Potter olacaq.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə klubdakı mənbələrdən məlumat verilib.

Mənbənin sözlərinə görə, klub rəhbərliyi ilə dünənki söhbətdən sonra Potter komandaya rəhbərlik etməyə hazır olduğunu bildirib. Hazırda əmək müqaviləsinin qeydiyyatı üçün sənədlərin hazırlanması üzərində iş aparılır.

“Çelsi” sahibləri cümə gününə qədər bütün məsələləri həll etməyi hədəfləyirlər.

Potterin şənbə günü “Fulhem”lə oyunda komandanı idarə etməsi nəzərdə tutulur.

0.38855195045471