“Qarabağın müstəqillik şansı yoxdur, düşmənçiliyi qızışdırmamalıyıq” – Erməni deputat

 

Qarabağın müstəqilliyinin tanınması şansı yoxdur və heç vaxt da olmayıb.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu Ermənistanın sabiq səhiyyə naziri, hakim “Mülki müqavilə” fraksiyasının deputatı Arsen Torosyan Faktor TV-yə müsahibəsində deyib.

O qeyd edib ki, Qarabağda 2020-ci il müharibəsindən sonra yaranmış status-kvo çox təhlükəlidir.

“Biz qeyri-müəyyən müddətə öldürülmək təhlükəsi altında qalmaq istəyirik, yoxsa münaqişəni həll etməliyik?”, - o deyib.

O, “30 ildir müharibələr və hərbi münaqişələr yaşayan erməni və Azərbaycan xalqlarının yaralarını sağaltmağı, düşmənçiliyi dərinləşdirməməyi” zəruri hesab edir.

“Azərbaycan 1994-cü il müharibəsində yaralanıb, 25 min qurbanı və 600 min qaçqını var, yoxsa qurban yalnız bizik? Biz ikitərəfli əsasda yaraları sağaltmalıyıq. Azərbaycanlılarla uzunmüddətli düşmənçiliyi qızışdırmaq bizim üçün tələdir. Biz düşmənçiliyi qızışdırmamalıyıq”, - Torosyan deyir.

Deputat onu da bəyan edib ki, dövlət əvvəlki illərdə Qarabağın müstəqilliyinə nail ola bilməyərək uğursuzluğa düçar olub: “Bu ideya özünü aldatma olub”.

Mürtəza
Demokratikmusavat.com

0.14960908889771