Paralel.az " xəbər verir ki, bunu Ümumdün ..."> Paralel.az " xəbər verir ki, bunu Ümumdün ...">

“Keçən həftə hər 44 saniyədə bir nəfər COVID-19-dan ölüb” - Qebreyesus

 

“Ötən həftə hər 44 saniyədə bir nəfər koronavirusdan ölüb”.

Demokratikmusavat.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus mətbuat konfransı zamanı deyib.

Buna baxmayaraq, Qebreyesus qeyd edib ki, COVID-19-dan ölənlərin sayı yavaş-yavaş azalmağa başlayır. Belə ki, bu ilin fevral ayından etibarən həftəlik ölüm sayı 80% azalıb, lakin o, bu tendensiyanın davam edəcəyinə heç bir zəmanətin olmadığını diqqətə çatdırıb.

ÜST-ün eksperti Mariya van Kerkhove dünyada koronavirusa yoluxma hallarının yüksək həddə çatdığını bildirib. Onun sözlərinə görə, son vaxtlar gündə 4,4-4,5 milyon koronavirusa yoluxma halı aşkarlanıb, 67-68 minə yaxın ölüm faktı qeydə alınıb.

0.15154600143433