Ukrayna rəsmisindən Gürcüstan hökumətini HİDDƏTLƏNDİRƏCƏK SÖZLƏR

 

"Söz verdiyimiz kimi, cənab İvanişvili, Ukraynadan sizə böyük salam var. Biz işləməyə davam edirik. Hörmətli gürcülər, təəssüflər olsun ki, əgər siz öz səylərinizlə deoliqarxiyaya qalib gələ bilmirsinizsə, biz sizə kömək edəcəyik".

Demokratikmusavat.com xəbər verir ki, Ukrayna Radasının “Xalqın Xidmətçisi” fraksiyasının rəhbəri, Prezident Vladimir Zelenskinin komandasının üzvü Davit Araxamiya Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişviliyə bu cür müraciət edib.

O, həmçinin Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin sanksiya siyahısını Bidzina İvanişvili və bir sıra Gürcüstan vətəndaşlarının dərc edilməsinədə toxunub.

Davit Araxamiyanın sözlərinə görə, sözügedən agentlik beynəlxalq tərəfdaşların iştirakı ilə yaradılıb və Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı üçün sanksiyaların formalaşdırılması üzrə əsas agentlikdir.

Məlumat üçün bildirək ki, Ukraynanın Milli Antikorrupsiya Agentliyinin sanksiyalar siyahısına daxil edilib.

Rəsmi Tiflis Davit Araxamiyanın fikirlərinə rəsmi mövqe sərgiləməsə də, onun bu sözləri Gürcüstanın iqtidar düşərgəsində hiddətlə qarşılandığı bildirilir.(Publika.az)

0.16472792625427