Cüdo Federasiyası rusiyalı idmançını milliləşdirdi

 
Azərbaycan Cüdo Federasiyası daha bir idmançını milliləşdirib.
 
Demokratikmusavat.com xəbər verir ki, qurum iranlı Səid Mollayinin (81 kq) ardınca rusiyalı Camal Qamzatxanovu yığmaya cəlb edib.
 
+100 kq çəki dərəcəsində mübarizə aparan 23 yaşlı cüdoçu Beynəlxalq Cüdo Federasiyasının 19 avqust 2022-ci il tarixli qərarı ilə Azərbaycan bayrağı altında çıxış edəcək. O, sentyabrın 10-11-də İtaliyanın Rikkione şəhərində baş tutacaq böyüklər arasında açıq Avropa turnirində yığmada debüt edəcək.
 
3 ilə yaxındır Rusiya millisinin heyətində beynəlxalq yarışlara qatılmayan Qamzatxanov 2018-ci ildə gənclər arasında dünya çempionatında və 2019-cu ildə gənclər arasında Avropa çempionatında bürünc medal qazanıb.
 
Qeyd edək ki, Mollayi mayda yığmaya cəlb olunub. Qamzatxanovun çəkisində isə Azərbaycanı əsasən digər legioner - gürcüstanlı Uşanqi Kokauri təmsil edirdi.(apasport.az)
0.1350691318512