MİDA-nın mənfəəti kəskin azalıb

 

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) 2021-ci il üzrə maliyyə nəticələrini açıqlayıb.

Demokratikmusavat.com xəbər verir ki, sözügedən dövrə agentliyin cəmi aktivləri 535,534 mln manat təşkil edib. Bu isə 2020-ci ilin yekunu ilə müqayisədə 48% çoxdur.

Qurumun cəmi öhdəlikləri isə illik müqayisədə 2,8 dəfə artaraq 49,799 min manat olub. 

Mənzil İnşaatı Dövlət Agentliyinin cəmi kapitalında da artım müşahidə olunub. Belə ki, nizamnamə kapitalı 100 mln manat olan şirkətin dövlət büdcəsindən ayırmaları 61% artaraq 370,647 mln manat, bölüşdürülməmiş mənfəəti 11% artaraq 15,088 mln manat təşkil edib. Nəticədə, cəmi kapitalı illik müqayisədə 41% artaraq 2021-ci ilin yekununda 485,735 mln manata yüksəlib.

Mənzil İnşaatı Dövlət Agentliyinin 2021-ci ildə dövlət yardımı 2,1 mln manat, ümumi və inzibati xərcləri 3,440 mln manat, maliyyə aktivləri üzrə xalis dəyərsizləşmə zərər 1,317 mln manat, sair xərcləri 8,257 min manat olub. Əməliyyat zərəri 2,358 min manat olan şirkətin maliyyə gəlirləri 10,176 mln manat, mənfəət və ya zərərdə ədalətli dəyərlə əks etdirilən kreditlərin ədalətli dəyəri üzrə zərəri 10,294 mln manat, diskontoun amortizasiyası 4,293 mln manat, maliyyə xərcləri 1,563 mln manat təşkil edib və ötən ili 1,509 mln manat mənfəətlə başa vurub.

Bu isə 2020-ci ilin yekunu ilə müqayisədə 3,5 dəfə azalma deməkdir.

Könül
Demokratikmusavat.com

0.13671016693115