Paralel.az ..."> Paralel.az ...">

Mikayıl Cabbarov Cahit Bağcı ilə görüşüb

 

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ilə görüşüb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə nazir məlumat verib.

Onun sözlərinə görə, görüşdə Türkiyə şirkətləri ilə investisiya əməkdaşlığının genişləndirilməsi, infrastruktur sahələrinə sərmayə qoyuluşu barədə müzakirələr aparılıb.

"Ölkələrimiz arasındakı birliyə və möhkəm dostluğa əsaslanan münasibətlərin nümunəvi xarakter daşıdığını məmnunluqla vurğuladıq, İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın tərəfdaşlığımıza töhfələrini qeyd etdik”, - deyə o, qeyd edib.

0.1416289806366