“Azərbaycanın Ermənistan ərazisindən nəqliyyat marşrutları olacaq” - Paşinyan

 

“Ermənistan Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasında maraqlıdır və bu problemi Rusiyanın köməyi ilə yaxın gələcəkdə həll etməyə ümid edir. İndiki vəziyyətdə logistik sxemlər dəyişir və Ermənistan üçün yeni imkanlar açılır”.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan Şərq İqtisadi Forumunda deyib.

Paşinyanın sözlərinə görə, Qarabağla bağlı üçtərəfli bəyanatda nəqliyyat və iqtisadi kommunikasiyaların açılması nəzərdə tutulur ki, bu da Azərbaycan ərazisi ilə hərəkətin mümkünlüyü deməkdir. 

O, kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun fəaliyyətindən də danışaraq deyib ki, bu istiqamətdə müsbət irəliləyişlər mövcuddur.

“Əlbəttə, burada hələ də bütün məsələlər həll olunmayıb. Yolun hansı hüquqi tənzimləmə əsasında işləyəcəyi ilə bağlı məsələləri də həll etmək lazımdır. Mövqe bundan ibarətdir ki, yollar keçdiyi ölkələrin tam suverenliyi altında fəaliyyət göstəməlidir. Bu layihənin ideyası ondan ibarətdir ki, Ermənistanın Azərbaycan ərazisindən, Azərbaycanın isə Ermənistan ərazisindən nəqliyyat marşrutları olacaq. Biz bunda çox maraqlıyıq və ümid edirik ki, Rusiyanın dəstəyi ilə bu məsələni həll edəcəyik. Ümid edirik ki, bu prinsiplə biz “Erməni qovşağı” layihəsi adlandırdığımız layihəni həyata keçirə biləcəyik”, - deyə Paşinyan bildirib.

Paşinyan həmçinin ümid edir ki, cənubu şimala, qərbi şərqə birləşdirən yollar Ermənistan ərazisindən keçəcək. 

Mürtəza
Demokratikmusavat.com

0.16874885559082