Putin: “Rusiya heç nə itirməyib və itirməyəcək də...”

 

Rusiya Ukraynada xüsusi hərbi əməliyyat keçirməklə heç nə itirməyib və itirməyəcək. 

Demokratikmusavat.com ” tass-a istinadən xəbər verir ki, bunu RF lideri Vladimir Putin Şərq İqtisadi Forumunda çıxışı zamanı deyib.

Onun fikrincə, Rusiyanın Ukraynada keçirilən xüsusi əməliyyat zamanı əsas qazancı ölkənin suverenliyinin möhkəmləndirilməsi olub. 

Rusiya dövlətinin başçısının sözlərinə görə, tərəqqiyə mane olan lazımsız və zərərli hər şey rədd ediləcək. 

“Biz təkan, inkişaf tempi qazanacağıq, çünki müasir inkişaf yalnız suverenliyə əsaslana bilər”, - Putin vurğulayıb.

Mürtəza
Demokratikmusavat.com

0.12288522720337