“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə məxsus 4 qurum ləğv olunur.
"Demokratikmusavat.com" xəbər verir ki, "Azərbaycan Elmi-Tədqiqat Su Problemləri" İnstitutu, "Meliorasiya-İrriqasiya Obyektlərinin Qeydiyyatı və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət" İdarəsi, "Hidrogeoloji-Meliorativ Xidmət" İdarəsi, "Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsa lat" birliyi ləğv olunduğunu elan edib.
"Azərbaycan Elmi-Tədqiqat Su Problemləri" İnstitutu, "Meliorasiya-İrriqasiya Obyektlərinin Qeydiyyatı və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət" İdarəsinin ləğvli ilə bağlı kreditorlar 2 ay ərzində tələbini Bakı şəhəri, Moskva prospekti 69A ünvanına, "Hidrogeoloji-Meliorativ Xidmət" İdarəsinin ləğvi ilə bağlı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi 285 ünvanına, "Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat" birliyinin ləğvi ilə bağlı tələblərini Bakı şəhəri, İ.Dadaşov 70a ünvanına bildirə bilərlər.