Paralel.az " xəbər verir ki, bu günə nəzərdə tutu ..."> Paralel.az " xəbər verir ki, bu günə nəzərdə tutu ...">

Mahir Emrelinin komandası "Çelsi"yə qalib gəlib

 

UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilib.

Demokratikmusavat.com xəbər verir ki, bu günə nəzərdə tutulan 8 oyundan 2-si artıq başa çatıb.

E qrupunda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su Xorvatiyada İngiltərə nəhəngi "Çelsi"ni sınağa çəkib. Meydan sahibləri rəqibini minimal hesabla məğlub etməklə turun ilk sensasiyasına imza atıb. Yeganə qolu 13-cü dəqiqədə Mislav Orşiç vurub. Emreli bu matçda ehtiyatda qalıb.

Digər oyun isə G qrupunda baş tutub. Dortmund "Borussiya"sı Almaniyada Danimarka "Kopenhagen"inə 3 cavabsız qolla qalib gəlib.

Çempionlar Liqası

Qrup mərhələsi, I tur

6 sentyabr

E qrupu

20:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Çelsi" (İngiltərə) - 1:0

Qol: Mislav Orşiç, 13
23:00. "Zaltsburq" (Avstriya) - "Milan" (İtaliya)

G qrupu

20:45. "Borussiya" (Dortmund, Almaniya) - "Kopenhagen" (Danimarka) - 3:0

Qollar: Marko Roys, 35. Rafael Gerreyro, 42. Cud Bellingem, 83 - Rasmus Falk, 89
23:00. "Sevilya" (İspaniya) - "Mançester Siti" (İngiltərə)

Qeyd edək ki, gecənin digər 6 oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

0.12822294235229