Rusların itirdiyi hərbçilərin sayı 50 mini ötdü - Ukrayna

 

Rusiyanın Ukraynada itirdiyi hərbçilərin sayı 50 mini ötüb.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz Facebook səhifəsində məlumat yayıb.

Məlumatda deyilir ki, rus qoşunları 24 fevraldan indiyədək Ukraynada 50150 canlı qüvvəsini itirib.

Bundan əlavə olaraq 2077 (+9) tank, 4484 (+25) zirehli döyüş texnikası,1179 (+22) artilleriya sistemləri, 296 (+2) MLRS, 156 hava hücumundan müdafiə sistemləri, 236 təyyarə, 207 helikopterlər, 876 (+9) əməliyyat-taktiki səviyyəli PUA-lar, 209 (+4) qanadlı raketlər, 15 gəmilər/qayıqlar, 3305 (+19) avtomobil avadanlığı və tankerlər, 109 (+2) xüsusi texnika məhv edilib.

Düşmən son sutka ərzində ən böyük itkini Donetsk istiqamətində verib. 

Mürtəza
Demokratikmusavat.com

0.17402100563049