Məşhur aktyor 6 dəqiqə ayaqda alqışlandıqdan sonra ağladı – VİDEO

 

Hollivud aktyoru Brendan Freyzer Venesiya Film Festivalında altı dəqiqə ayaqda alqışlandıqdan sonra göz yaşlarına boğulub.

Demokratikmusavat.com xəbər verir ki, tamaşaçılar sənətçini artıq çəkidən əziyyət çəkən insan obrazını canlandırdığı “The Whale” (“Balina”) filminin nümayişindən sonra sürəkli alqışlarla qarşılayıblar.

Ulduz aktyor təzim edərək oun alqışlayanlara təşəkkürünü bildirib.

Filmdə çəkilmək üçün aktyor gündə 6 saatını qrim kreslosunda keçirməli olub.

O, həmçinin çəki əlavə edən xüsusi protez kostyumu geyinib.

Daha öncə jurnalistlərə verdiyi müsahibədə Brendan etiraf edib ki, bu filmdə çəkilmək onun həyata baxışını dəyişib.

Qeyd edək ki, amerikalı rejissor Darren Aronofskinin “The Whale” filminin süjeti təxminən 273 kiloqram çəkisi olan Çarlinin 17 yaşlı qızı ilə əlaqələrini bərpa etmək cəhdlərindən bəhs edir. Vaxtilə orta yaşlı müəllim olan qəhrəman sonradan dünyasını dəyişən bir gey sevgilisi üçün ailəsini tərk edib. Oğlanın vəfatından sonra Çarli tək yaşamağa və hər keçən gün özünü günahkar hiss etməyə başlayır.

0.17947006225586