BAKIDA OTELDƏ GİZLƏNƏN GÜLNAR KİMDİR? - Təhsil İdarəsindən intim kasetə qədər gedən yol + VİDEO

 

Əməliyyatda Şirvan şəhər sakini olan Gülnar Əhmədova tutularaq istintaqa təqdim edilib. Onun Nəsimi rayonunda yerləşən otellərin birində müvəqqəti qaldığı nömrəyə baxış zamanı 2 kiloqrama yaxın heroin, metamfetamin, tiryək, marixuana, həşiş və psixotrop tərkibli dərmanlar aşkar olunaraq götürülüb.

Gülnar Əhmədova külli miqdarda narkotik vasitəni satmaq məqsədi ilə sosial şəbəkələrdə tanış olduğu naməlum şəxsdən aldığını bildirib. O, polis əməkdaşları tərəfindən tutulmamaq və izini itirmək məqsədi ilə mütəmadi olaraq yaşayış yerini dəyişdiyini, bu məqsədlə də əsasən otellərdə gecələdiyini bildirib.

"Qaynarinfo"- nunməlumatına görə, Şirvan şəhər sakini olan Gülnar Əhmədova 2015-ci ilin oktyabr ayında Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıb. "Bandotdel” əməkdaşları əvvəlcə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Şirvan şəhər sakini Səbuhi Məmmədov və Hacıqabul rayon sakinləri - Güləhməd Mirzəyevlə Natiq Kazımovu saxlayıb.

Aparılan araşdırma nəticəsində onların Gülnar adlı şəxs vasitəsi ilə barələrində rüsvayedici videolar yayacaqları hədəsi ilə bir neçə vətəndaşdan külli miqdarda pul aldıqları da müəyyən edilib. Şirvan şəhər sakini Gülnar Əhmədova da saxlanılaraq istintaqa cəlb edilib.

G.Əhmədova şəhərdə imkanlı kişilərlə cinsi əlaqədə olub, həmin anı videokamera ilə qeydə alırmış. Sonradan isə həmin videoları yayacağı ilə hədələyib, onlardan külli miqdarda pul alıb. Artıq bir neçə kişi onun qurbanına çevrilib. İki nəfər isə G.Əhmədovanın tələbini yerinə yetirmədiyi üçün video görüntülər şəhər camaatı arasında yayılıb. Bundan sonra hüquq-mühafizə orqanlarına şikayət edilib və G.Əhmədova saxlanılıb.

Qeyd edək ki, G.Əhmədova uzun illər Şirvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı olub. O, 2013-cü ilin sentyabr ayına kimi şöbə müdirinin köməkçisi vəzifəsində çalışıb. 

Həmin hadisə ilə bağlı Şirvan Şəhər Təhsil Şöbəsinin sabiq müdiri Paşa Nəbiyev bildirib ki, adı şantaj olayında hallanan Gülnar Əhmədova 2013-cü ilin sentyabr ayında işdən azad olunub:"Hazırda o mənim işçim deyil. Bizdə işlədiyi zaman belə bir məlumatımız olmayıb. Heç düşünməzdik ki, o belə işlə məğul olsun. İşdən azad olunandan sonra onunla əlaqə saxlamamışıq. Bizlə işlədiyi zaman normal olaraq işinə Nəsimi rayonunda izini itirmək məqsədi ilə otel otaqlarında gecələyən qadın narkobaron və onun tərəfindən narkokuryerliyə cəlb edilən şəxslər saxlanılıb. Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotik maddələrin satışına qarşı keçirilən növbəti əməliyyat zamanı əvvəllər də eyni cinayət etdiyi üçün məhkum olunmuş Əkbər Əkbərov və Məcid Dadaşov saxlanılıblar.

Bildirilib ki, onların üzərinə baxış zamanı 36 ədəd psixotrop tərkibli metadon və preqabalın həbi, eləcə də külli miqdarda metamfetamin, heroin aşkar olunaraq götürülüb.

Saxlanılan şəxslər ifadələrində narkotik maddələri tanışları Gülnar adlı şəxsdən aldıqlarını və onun təklifi ilə paytaxt ərazisində narkokuryerlik etdiklərini bildiriblər.

Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs Şirvan şəhər sakini olan Gülnar Əhmədova da tutularaq istintaqa təqdim edilib. Onun Nəsimi rayonunda yerləşən otellərin birində müvəqqəti qaldığı nömrəyə baxış zamanı 2 kiloqrama yaxn heroin, metamfetamin, tiryək, marixuana, həşiş və psixotrop tərkibli dərmanlar aşkar olunaraq götürülüb. Gülnar Əhmədova külli miqdarda narkotik vasitəni satmaq məqsədi ilə sosial şəbəkələrdə tanış olduğu naməlum şəxsdən aldığını bildirib. O, polis əməkdaşları tərəfindən tutulmamaq və izini itirmək məqsədi ilə mütəmadi olaraq yaşayış yerini dəyişdiyini, bu məqsədlə də əsasən otellərdə gecələdiyini bildirib.

Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Hər 3 şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

 

0.16469216346741