Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıq tender elan edib.
Demokratikmusavat.com xəbər verir ki, tender Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Göygöl, Salyan, Lənkəran rayonlarında və Mingəçevir, Sirvan şəhərlərində 1, 2 və 3 otaqlı olmaqla ümumilikdə 206 ədəd mənzillərin satın alınması ilə əlaqədar elan olunub.
İddiaçılar tender təklifi və tender təklifinin təminatını möhürlənmiş ikiqat zərfdə 13 oktyabr 2022-ci il saat 15:00-dək Bakı şəhəri, Salatın Əsgərova küçəsi, 85 ünvanına təqdim etməlidirlər.
İddiaçıların təklifləri 14 oktyabr 2022-ci il saat 15:00-da Bakı şəhəri, Salatın Əsgərova küçəsi, 85 ünvanında açılacaq.
Tenderdə iştirak haqqı nəzərdə tutulmayıb.
Könül
Demokratikmusavat.com