Şəhidlər ölməz, Vətən bölünməz!

 

 

 

Millət vəkili Etibar Əliyev

29 avqust 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidi, kəşfiyyatçı mayor, Heydər Əliyev adına Ali Hərbi Məktəbin kəşfiyyat kafedrasının baş müəllimi olmuş Rüfət Mürvət oğlu Əsgərovun doğum günüdür. 

Bu münasibətlə şəhidimizin 2-ci Fəxri Xiyabanda məzarını ziyarət edib, atası dostum Mürvət müəllimə, ailə üzvlərinə başsağlığı verib, ruhuna rəhmət və dualar oxuduq. Rüfət qardaşımızın Vətənə əmanət iki övladı- oğlu Xansuvar və Zəhra balamız qalıb. 

Mayor Rüfət Əsgərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda döyüşlərdə, həmçinin Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə misilsiz qəhrəmanlıq göstəeib. Ermənistan Silahlı Qüvvələrinin 24-dən çox hərbçisini məhv edib, həmçinin üç postun Azərbaycan Ordusunun nəzarəti altına alınmasında fərqlənib.

Rüfət Əsgərov oktyabrın 14-də şəhid olub.  

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüfət Əsgərov ölümündən sonra  "Vətən uğrunda" medalı ilə təltif edilib.

Şəhid mayor Rüfət Əsgərov ordudakı misilsiz xidmətlərinə görə həmçinin III dərəcəli "Qüsursuz xidmətə görə" medalı, II dərəcəli "Qüsursuz xidmətə görə" medalı, I dərəcəli "Qüsursuz xidmətə görə" medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif edilib.

Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm.

Demokratikmusavat.com

0.12603092193604