Sabah saat 08:00-dan saat 20:00–a qədər Bakının Yasamal rayonunun Tbilisi prospektində ("20 Yanvar" dairəsindən İzmir küçəsinə qədər olan hissə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Agentlik, sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edib.