Veqanların qarşısında kabab yeyən şəxs etirazçıları dəliyə döndərdi - VİDEO

 

Heyvan haqları müdafiəçiləri Nyu Yorkda etiraz aksiyası keçiriblər. 

Demokratikmusavat.com “Haber Global”a istinadla xəbər verir ki, qrup daha çox heyvanlar üzərində sınaqlar keçirən məşhur brendlər qarşısında etiraz edib.

Qrup üzvləri əllərindəki pankartlarla heyvan təcrübələri və heyvan mənşəli qidaların qadağan edilməsi fikrini müdafiə ediblər.

Etiraz aksiyası zamanı maraqlı məqam yaşanıb. Belə ki, bir kişi etirazçıların qarşısında dayanaraq kabab yeməyə başlayıb.

Bu zaman qrup üzvlərindən olan qadın daha da əsəbləşərək vəziyyətə etiraz edib.

Təhqirlər qarşısında kabab yeyən adamın diqqətini yalnız yeməyinə cəmləməsi veqanları qıcıqlandırıb.

Həmin görüntüləri təqdim edirik:

Billurə

0.12844610214233