Tərəvəzlərin qiyməti bahalaşıb - VİDEO

 

Yayın bitməsinə az vaxt qalıb. Hazırda bütün evlərdə qışa tədarük görülür. Mürəbbələr bişirilir, turşular hazırlanır.

Bazarlarda istənilən növ meyvə-tərəvəzə rast gəlmək olur. Yəni qıtlıq yoxdur, əksinə bolluqdur. Qiymətlər də həmişəki kimi fərqlidir.

Demokratikmusavat.com Xəzərxəbər-ə istinadən xəbər verir ki, yay fəsli başlayandan qiyməti həmişə müzakirələrə səbəb olan pomidor hazırda 50 qəpik - 1 manat arasında satılır. Bununla belə bazarda 2 manata olan pomidorlara da rast gəlmək mümkündür.

Satıcılar isə satdıqları məhsulun baha olmadığını deyirlər.

Qarpızın kiloqramının qiyməti 20-25 qəpik, hazırda böyük tələbat olan kələmin qiyməti isə 40 qəpikdir. Meyvələrin qiyməti isə ötən həftələrdə olduğu kimidir, dəyişiklik yoxdur.

Ətraflı süjeti təqdim edirik:

0.17519307136536